Ombudsman İsveçrə səfiri ilə görüşüb

Ombudsman İsveçrə səfiri ilə görüşüb
# 19 may 2016 16:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova İsveçrənin Azərbaycan və Türkmənistan üzrə akkreditə olunmuş səfiri Filipp Stalderi qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə Ombudsman çox şaxəli fəaliyyəti haqqında səfirə məlumat verib.

Ombudsman 2009-cu ildə Milli Preventiv Mexanizm (MPM) qismində müəyyən edildikdən sonra Milli Preventiv Qrupunun (MPQ) yaradıldığını, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama yerlərinə, psixiatriya xəstəxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara müntəzəm olaraq başçəkmələr həyata keçirdiyini bildirib.

Səfir Ombudsmanın çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirib. O, təsisatla qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR