Latviyanın sabiq prezidenti: “Dünyanın təkmilləşməsinə öz töhfəmizi verməliyik”

Latviyanın sabiq prezidenti: “Dünyanın təkmilləşməsinə öz töhfəmizi verməliyik”
# 10 mart 2016 08:35 (UTC +04:00)


Bakı. Ramiz Mikayıloğlu - APA. “Nizami Gəncəvi əsərlərində humanist ideyaları təbliğ edib. Ancaq bu gün telekanallardakı reportajlarda insanlara qarşı zorakılığı, qaçqınlara, qadınlara qarşı seksual zorakılıqları görürük”.

APA-nın məlumatına görə, bu sözləri IV Qlobal Bakı Forumunda çıxışında Latviyanın sabiq prezidenti Vayra Vike-Freiberqa deyib. O bildirib ki, insanlar öz cahilliklərindən təbiətə qarşı vəhşiliyə yol verirlər: “Məsələn, Afrikada, Çində hansısa heyvanları ziyanlı saydıqlarına, yaxud buynuzlarının faydalı olduğuna inandıqları üçün öldürürlər”.

Vayra Vike-Freiberqanın sözlərinə görə, forumda ideyalar mübadiləsi həyata keçirilir: “Xalqlarımıza fayda verən məsələləri müzakirə edərək qiymətləndirməliyik. Burada hazırda hakimiyyətdə olan şəxslər, eyni zamanda gənc liderlər var. Gənc liderlər təcrübəli şəxslərlə fikir mübadiləsi həyata keçirməlidirlər. Çünki sabahın uğurları sizdən asılıdır. Dünyanın təkmilləşməsinə öz töhfəmizi verməliyik. Bunun üçün müxtəlif nöqteyi-nəzərləri bir araya gətirməliyik. Bunun üçün bir-birimizi həvəsləndirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR