Qulaməli Həddad: “Qarabağ münaqişəsinin həlli yolu müzakirələrdən keçir”

Qulaməli Həddad: “Qarabağ münaqişəsinin həlli yolu müzakirələrdən keçir”
# 13 aprel 2016 15:13 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. “Qarabağ münaqişəsinin həlli yolu müzakirələrdən keçir”.

Bunu APA-ya açıqlamasında İran parlamentinin Mədəniyyət komissiyasının sədri Qulaməli Həddad Adil deyib. O bildirib ki, İran bölgədə sabitlik arzulayır: “Lakin təəssüf ki, bölgəyə baxanda hər tərəfdə qarşıdurmalar görünür. Biz İslam dünyasına dəyən bu zərbələrə görə təəssüf hissi keçiririk. Mən ümid edirəm ki, İran Xarici İşlər Nazirliyinin bölgədə sülhün və sabitliyin yaradılması üçün cəhdləri müsbət nəticələnəcək”.


Q. H. Adil Dağlıq Qarabağda, qoşunların təmas xəttində baş verən son toqquşmalara toxunaraq qeyd edib ki, ən yaxşı yol danışıqlar aparmaqdır: “Mən ümid edirəm ki, hər iki ölkə müzakirələr yolu ilə məsələnin həllinə çalışacaq. Biz münaqişənin həll yolunu danışıqlarda görürük”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR