Salyanda əmək yarmarkası keçirilib

Salyanda əmək yarmarkası keçirilib
# 17 sentyabr 2015 12:36 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) işsiz və işaxtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunması üçün respublikanın bölgələrində Əmək yarmarkalarını davam etdirir.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, nazirlik tərəfindən növbəti Əmək yarmarkası Salyan şəhərində peşə liseyində keçirilib.

Yarmarkada işsiz və işaxtaran vətəndaşlara fəhlə və qulluqçu peşələri üzrə 354 boş (vakant) iş yeri (190 dövlət və 164 özəl sektora aid) təqdim olunub. Boş iş yerləri təqdim edən müəssisələrin nümayəndələri də tədbirdə iştirak edib. Əmək yarmarkasında 450 nəfər iştirak edib. 105 nəfərə boş iş yerlərinə göndərişlər verilib. Təklif olunan işə əmək haqları 150-450 manat aralığında dəyişib.

Eyni zamanda peşə və ixtisası olmadığına görə münasib iş seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini (ixtisasını) dəyişməsi zəruri olan şəxslərin əmək bazarının tələblərinə uyğun peşə hazırlığına, habelə ayrı-ayrı şəxslərin müvəqqəti işlərə və ödənişli ictimai işlərə cəlb olunması üçün onların qeydiyyatı aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR