Düşənbədə MDB hökumət başçılarının iclası keçiriləcək

Düşənbədə MDB hökumət başçılarının iclası keçiriləcək
# 29 oktyabr 2015 08:48 (UTC +04:00)

Bakı - APA. MDB ölkələrinin hökumət başçılarının növbəti iclası oktyabrın 30-da Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Abdulfayz Atoi bildirib.

Onun sözlərinə görə, iclasda quruma üzv dövlətlər arasında yaxın perspektivdə əməkdaşlığın prioritet istiqamətləri nəzərdən keçiriləcək.

Rusiyanı iclasda baş nazir Dmitri Medvedev təmsil edəcək.

Toplantıda Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Azərbaycan və Belarusun baş nazirləri də iştirak edəcək. Türkmənistan və Özbəkistan isə baş nazirin müavini səviyyəsində təmsil olunacaq. İclasa Ukraynanın Tacikistandakı səfiri də dəvət edilib.

Proqrama əsasən, iclas iştirakçıları Tacikistan prezidenti tərəfindən qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR