Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yardımlıda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yardımlıda vətəndaşları qəbul edəcək
# 28 sentyabr 2015 12:43 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda yalnız Yardımlı, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri, Heydər Əliyev prospekti 255) 29 sentyabr 2015-ci il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR