MSK DSK-ların kompüter mütəxəssisləri üçün treninqlər keçir

MSK DSK-ların kompüter mütəxəssisləri üçün treninqlər keçir
# 23 oktyabr 2015 13:59 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilələ hazırlıq məqsədilə oktyabrın 22-dən etibarən dairə seçki komissiyalarının (DSK) kompüter mütəxəssisləri üçün treninqlərə başlayıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində başlıca məqsəd DSK-ların kompüter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi, onun təkmilləşdirilmiş və yeni imkanları barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətmək, həmçinin iştirakçıları maraqlandıran suallara yerindəcə aydınlıq gətirməkdir.

Treninqlər çərçivəsində seçki günü məlumatların MSK-ya ötürülməsi üçün hazırlanmış proqram modullardan test rejimində istifadə edilir ki, bu da DSK-ların kompüter mütəxəssislərinə praktiki iş təcrübəsi qazanmaq və səsvermə günü “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən daha rahat istifadə imkanı yaradır. Treninqlərin 3 gün davam etməsi və oktyabrın 24-də başa çatması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR