Sabah Bakıda 14-16 dərəcə isti olacaq - VİDEO

Sabah Bakıda 14-16 dərəcə isti olacaq - <span style="color: red;">VİDEO
# 12 noyabr 2015 09:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, gecə saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 14-17 dərəcə, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2-dək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR