Çin Gürcüstanda istehsal etdiyi lokomotivləri Azərbaycana ixrac edəcək

Çin Gürcüstanda istehsal etdiyi lokomotivləri Azərbaycana ixrac edəcək
# 06 oktyabr 2016 14:16 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dünyanın ən böyük qatar istehsalçısı olan "Çin Dəmiryolu Şirkəti" (CRRC) Gürcüstanda zavod tikəcək.

"APA-Economics" xəbər verir ki, bu, CRRC ilə "Gürcüstan Dəmir Yolları" SC arasında imzalanan müqavilədə əksini tapıb.

Müqaviləyə əsasən, zavod "BMİ Partners and AS Group” və CRRC tərəfindən tikiləcək.

Zavodun tikintisi 20 mln. dollara başa gələcək.

Lokomotivlərin Azərbaycan, Türkiyə, Ukrayna, İran və Avropa İttifaqının üzvü olan bəzi ölkələrə ixrac olunacağı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR