Rio-2016: V gün üçün Azərbaycan idmançılarının təqvimi

 <span style="color: red;">Rio-2016:  V gün üçün Azərbaycan idmançılarının təqvimi
# 09 avqust 2016 05:27 (UTC +04:00)

Bakı-APA. Rio-2016 Yay Olimpiya Oyunlarının V günündə Azərbaycan yığması 3 idman növü üzrə 6 idmançı ilə mübarizəyə qoşulacaq.

Apasport.az saytının məlumatına görə, avqustun 9-da 3 boksçumuz yarışa start verəcək.

Oxatanımız Olqa Senyuk 1/32 final, akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Boris Yutov dueti isə yarımfinalda mübarizə aparacaq.

Olimpiya Oyunları

V gün

Boks

Kamran Şahsuvarlı (75 kq)

1/16 final

Saat: 19:15

Rəqib: Zao Minqqanq (Çin)

Albert Səlimov (60 kq)

1/8 final

Saat: 00:45

Rəqib: Oliver Coys Devid (İrlandiya)

Məhəmmədrəsul Məcidov (+91 kq)

1/16 final

Saat: 02:00

Rəqib: Mohammed Arjaoui (Mərakeş)

Kamandan oxatma

Olqa Senyuk

1/32 final

Saat: 23:50

Rəqib: Hui Çao (Çin)

Akademik avarçəkmə

M2 X - 2000 m

Aleksandr Aleksandrov və Boris Yutov

Yarımfinal

Saat: 17:30

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR