Malta XİN rəhbəri Heydər Əliyevin məzarını ziyarət edib

 Malta XİN rəhbəri Heydər Əliyevin məzarını ziyarət edib
# 29 aprel 2016 10:53 (UTC +04:00)

Bakı – APA. Azərbaycanda səfərdə olan Maltanın xarici işlər naziri Corc Vella Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

APA-nın məlumatına görə, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb.

Sonra Malta XİN rəhbəri Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən C. Vellaya Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR