Kiçik Qafqazdakı sürüşmə sahələri aktivləşib

Kiçik Qafqazdakı sürüşmə sahələri aktivləşib
# 10 fevral 2016 10:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Ölkə ərazisində havanın hərarətinin yüksək olması nəticəsində qarın əriməsi daha intensiv xarakter alacaq. Belə olan halda isə mövcud sürüşmə sahələrində aktivlik daha da artacaq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

O bildirib ki, hazırda xüsusilə Şamaxı-Muğanlı-İsmayıllı şose yolu, Ağsu aşırımı və Lənkəran-Lerik yolundakı sürüşmə sahələrində aktivlik müşahidə olunur.

Direktor müavini qeyd edib ki, Kiçik Qafqazda, Gədəbəy, Daşkəsən, Göygöl və Goranboy rayonlarındakı sürüşmə sahələrində də aktivlik qeydə alınıb: “Bir müddət həmin rayonlardakı sürüşmə sahələrində sakitlik idi. İndi isə nisbi fəallaşma baş verir. Bundan başqa, Qusar, Şabran, Xızı və Siyəzən rayonlarındakı sürüşmə sahələrində də nisbi fəallaşma qeydə alınıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR