Gömrükçülər külli miqdarda siqaret müsadirə edib

Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
# 28 aprel 2016 13:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Samur” gömrük postunun gömrük nəzarəti zonasında baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük hissəsinin sağ və sol iç üzlüklərinin arxasındakı boşluqlardan, ehtiyat təkərin altından və salonun ön oturacağının arxa üzlüyünün içərisindən gömrük nəzarətindən gizlədilən Belarus aksiz markası ilə markalanmış 9200 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR