Balakəndə ərzaq mağazalarından oğruluq edənlər tutulub

Balakəndə ərzaq mağazalarından oğruluq edənlər tutulub
# 11 yanvar 2016 10:22 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə ərzaq mağazalarından oğruluq edən rayon sakinləri həbs edilib.

Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bir qrup rayon sakini Balakən RPŞ-ə müraciət edərək özlərinə məxsus ərzaq mağazalarından oğruluq olunması haqında müraciət edib. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğruluq etmiş şəxslərin Balakən rayon sakinləri - əvvəllər məhkum olunmuş 972-ci il təvəllüdlü Kamran Abdul oğlu Vasayev və 1981-ci il təvəllüdlü Əhməd Vəli oğlu Musayev olması müəyyənləşib. Hər iki şəxs yaxalanaraq istintaqa təhvil verilib.

Onlar ətrafında aparılmış istintaq tədbirləri nəticəsində məlum olub ki, rayondakı “Dəniz” marketdən, Talalar kəndində Nəzakət Mustafayeva, Solmaz Nəsibova, Şumeysət Kiçiliyevaya, Məhəmməd Əhmədov, Katex kəndində Sahibə Xulduyevaya məxsus ərzaq mağazalarından ümumi dəyəri 4000 manat olan müxtəlif növ ərzaq məhsulları oğurlayıb.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR