Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi bir ildə 3,4% artıb

Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi bir ildə 3,4% artıb
# 18 iyun 2016 10:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda ictimai iaşə dövriyyəsi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,4% artaraq 416,6 mln. manat olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 41,1%-i hüquqi şəxs statuslu müəssisələrin, 58,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,7% artaraq 174,9 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR