Türkiyə Silahlı Qüvvələri 15 terrorçunun cəsədinin tapıldığını bildirib

Türkiyə Silahlı Qüvvələri 15 terrorçunun cəsədinin tapıldığını bildirib
# 27 sentyabr 2015 14:52 (UTC +04:00)

Bakı-APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İraqın şimalında PKK terror təşkilatına məxsus 11 fərqli nöqtədə sığınacaq və anbarın yerinin dəqiqləşdirildiyini, 15 terrorçunun isə cəsədinin ələ keçirildiyini açıqlayıb.

APA-nın Türkiyənin Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, açıqlamada qeyd edilib ki, Şırnakda keçirilən əməliyyat nəticəsində 15 terroçunun cəsədi ilə birlikdə xeyli sayda silah-sursat da götürülüb.

Eyni zamanda PKK terror təşkilatından qaçan 5 nəfər də silahsız və təchizatsız olaraq təhlükəsizlik əməkdaşlarına təslim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR