Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
# 29 aprel 2016 10:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Aprelin 30-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər yarımadanın bzıi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 9-14 dərəcə isti, gündüz 15-20 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə isti, gündüz 17-19 dərəcə isti olacaq.

Aprelin 30-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 9-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR