Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edib

Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edib
# 25 avqust 2016 11:28 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəki şəhərində vətəndaşları qəbul edib.



APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin binasında keçirilən qəbulda Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

Nazir tərəfindən qəbul edilən 20 vətəndaşın müraciətlərinin bir çoxu yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 146, digər məsələlərlə bağlı müraciət etmiş 87 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR