Azərbaycanın istehlak bazarı 11% böyüyüb

Azərbaycanın istehlak bazarı 11% böyüyüb
# 11 noyabr 2015 12:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçılara 20,4 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,2% çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 10,0% artaraq 10168,3 mln. manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,4% artaraq 10224,8 mln. manata bərabər olub.

Bu ilin on ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 10,5 mln. manat təşkil edib. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,9%-i hüquqi şəxslərdən, 8,1%-i isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,3%-i qeyri-ərzaq məhsullarının payına düşüb.

Bu ilin yanvar-oktyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1% artaraq 841,6 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 366,7 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 474,9 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR