Türkiyədə PKK-çılarla döyüşdə və helikopter qəzası nəticəsində 8 hərbçi həlak olub

Türkiyədə PKK-çılarla döyüşdə və helikopter qəzası nəticəsində 8 hərbçi həlak olub
# 13 may 2016 08:04 (UTC +04:00)

Bakı – APA. Türkiyənin şərqindəki Hakkari vilayəti ərazisində PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasındakı toqquşmada 6 hərbçi şəhid olub.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının açıqlamasında bildirilir.

Açıqlamada deyilir ki, bu gün yerli vaxtla saat 04.50-də Hakkarinin Çukurca qəsəbəsi ərazisində, Çığlı hərbi hissəsinin yerləşdiyi ərazidə terrorçularla baş verən döyüşdə 6 əsgər şəhid olub, 8-i yaralanıb. Terrorçulara müdaxilə etmək üçün göndərilən hərbi helikopter isə qəzaya uğrayıb. Nəticədə 2 pilot həlak olub. “Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə “F-16” təyyarəsi, hücum helikopterləri, pilotsuz uçuş aparatları və əlavə bölmələr göndərilib. İndiyə qədər 6 terrorçu məhv edilib, əməliyyat davam edir”, - deyə Baş Qərargahın açıqlamasında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR