Kür çayının sahilboyu ərazilərində bənd-bərpa və sahilbərkitmə işləri aparılır

Kür çayının sahilboyu ərazilərində bənd-bərpa və sahilbərkitmə işləri aparılır
# 06 may 2016 07:53 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Kür çayının daşma təhlükəsinin qarşısını almaq məqsədi ilə sahilboyu ərazilərdə bənd-bərpa və sahilbərkitmə işlərinə start verilib.

Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyevin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, 2010-cu ildə baş vermiş daşqınlardan sonra Kür-Araz çayları boyunca 900 km uzunluqda mühafizə bəndləri iki dəfə enləndirilib, həmin ildəki səviyyədən isə 1 metr yuxarı qaldırılıb.

2015-ci ildə aparılan nivelirləmə işlərindən sonra müxtəlif yerlərdə torpağın kipləşməsi və oturuşması nəticəsində yaranmış fərq 1 metrdən az olduğu müəyyənləşib, bu fərqi aradan qaldırmaq məqsədi ilə Sabirabad, Hacıqabul, Şirvan, Salyan və Neftçala rayonları ərazisində Kür çayı ətrafındakı bəndlərdə hündürləşdirmə işlərinin aparılmasına başlanılıb. Kür çayı trayektoriya boyunca çoxlu sayda dolanbac əyrilərlə axır ki, bu da çayın kəskin dönmə əyrilərində sahilyuma ehtimalını artırır. Ona görə də çayın həmin əyrilərində vaxtaşırı daş-beton materiallarla sahilbərkitmə işlərini zəruri edir. 2016-cı ildə Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi tərəfindən çayətrafı bəndlərdə nivelirləmə işləri aparıldıqdan sonra daha təhlükəli sayılan ərazilər tərtib edilib. Tikinti şirkətləri tərəfindən hal-hazırda bu işlərin görülməsinə başlanılıb. Yaxın aylarda 1875 km məsafədə sahillərin yuyulma prosesinin qarşısının alınması üçün daş-betonla sahilbərkitmə işləri davam etdiriləcək. Bundan əlavə 25 kilometr məsafədə 2010-cu ildən sonra möhkəmləndirlimiş bəndlərin oturuşmuş və çökmüş yerləri nivelirlənərək müəyyənləşib ki, həmin hissələrdə də bərpa və torpaqtökmə işlərinə start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR