Rusiyadakı Azərbaycan diasporu Moskvada keçirilən "Ölümsüz Polk" yürüşündə iştirak edib - FOTOSESSİYA

Rusiyadakı Azərbaycan diasporu Moskvada keçirilən "Ölümsüz Polk" yürüşündə iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 09 may 2016 15:18 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiyadakı Azərbaycan diasporu Moskvada keçirilən "Ölümsüz Polk" («Bessmertnıy polk») yürüşündə iştirak edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 15:00-da faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibəti ilə paytaxtın Tverskaya küçəsindən başlayaraq Qızıl Meydana qədər yüz minlərlə insan əllərində Böyük Vətən Müharibəsində iştirak etmiş şəxslərin fotoları ilə yürüş ediblər.

Rusiya prezidenti Vladimir Putinin də qatıldığı "Ölümsüz Polk" yürüşündə Rusiyadakı Azərbaycan diasporunun - Ümumrusiya Azərbaycan Konqresinin, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi,Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) və digər diaspor təşkilatlarımızın nümayəndələri iştirak ediblər. Diasporumuzun yüzlərlə üzvü əllərində Böyük Vətən Müharibəsinin iştirakçısı olan həmvətənlərimizin fotoları və Azərbaycan bayrağı Qızıl Meydana yürüş ediblər.

Yürüşdə Rusiyanın bir sıra regionlarından insanlar iştirak ediblər. Ümumilikdə "Ölümsüz Polk" yürüşündə iştirak edənlərin sayının 800 min nəfərə yaxın olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR