“Quş qripi” ilə əlaqədar monitorinq aparılır

“Quş qripi” ilə əlaqədar monitorinq aparılır
# 02 may 2016 14:38 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Mayın 2-dən köçəri quşların miqrasiyasını nəzərə alaraq "quş qripi" ilə əlaqədar növbəti monitorinqə start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılır. Nəzarət tədbirinin köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin digər ərazilərində həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi nəzərdə tutulur.

Ölkə ərazisində köçəri və ev quşlarına görə başlanan monitorinqin nəticələri mayın 13-də ictimaiyyət üçün açıqlanacaq.

DBNX-dan onu da bildiriblər ki, hazırda "quş qripi" və digər xəstəliklər görə respublikamızda epizootik vəziyyət sabitdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR