Sadaxlıda zəhərlənənlərin arasında 25 uşaq var

Sadaxlıda zəhərlənənlərin arasında 25 uşaq var
# 30 avqust 2016 09:32 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Marneulinin Sadaxlı kəndindəki toy mərasimində zəhərlənənlərdən 25-i uşaqdır. Bu gün 55 nəfərə tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıb”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Marneuli rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev deyib. O bildirib ki, digər şəxslər də evə buraxılacaq: “Hələlik Marneulidəki xəstəxanada 25-30 xəstə qalıb. Günortayadək onlar da xəstəxananı tərk edəcəklər. Həkimlərin dediyinə görə, zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur”.


Qeyd edək ki, avqustun 29-da Sadaxlıda keçirilən toyda kütləvi zəhərlənmə baş verib. Gecə saatlarında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili zəhərlənən 150 azərbaycanlıya baş çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR