ABŞ-a məxsus 2 ədəd F-16 təyyarəsi havada toqquşub

ABŞ-a məxsus 2 ədəd F-16 təyyarəsi havada toqquşub
# 08 iyun 2016 13:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-ın Cənubi Karolina ştatının Milli Qvardiyasına məxsus 2 ədəd F-16 təyyarəsi havada toqquşub.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hadisə hərbi təyyarələrin Corciya ştatının şərq hissəsində uçuş həyata keçirdiyi zaman baş verib. Pilotlar vaxtında təyyarələrdən atıla biliblər. Yerdə xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Milli Qvardiya hadisənin səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR