Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Noyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Noyabr
# 23 noyabr 2015 17:08 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Suriya türkmənləri həmişə hədəf olublar, Hələbdə, Hümsdə, Dəməşqdə, Bayır-Bucaq bölgəsində bombalanıb, qırılıb, öldürülüb, qovulub, köçə məcbur edilib türkmənlər... Amma bu beş ildə səslərinə səs verilməyib və birdən-birə media türkmənlərə qarşı soyqırımı törədilir xəbərləri ilə aşıb daşmağa başlayıb. Təəccüblü məqamdır, niyə indi? Suriyada türkmən varlığının olduğu niyə indi, 3,5 milyon insan köçə məruz qaldıqdan, yurd-yuvalarından qovulduqdan sonra yada düşür? Demək ki, hansısa qüvvələrə təcili ictimai rəy formalaşdırmaq lazımdır. Prosesləri soyuq başla təhlil etməyi bacaranlar, dezinformasiyanı informasiyadan ayıranlar Türkiyənin Suriya ərazisinə qoşun yeritməyə hazırlaşdığını və bunun üçün ictimai rəy formalaşdırdığını düşünür. İddianın əsaslı olub-olmadığını zaman göstərəcək, amma bu ehtimalın belə Yaxın Şərqdə durumun nə dərəcədə təhlükəli həddə çata biləcəyini göstərir. Təəssüf ki, Yaxın Şərq taxtasında şahmat oynayan qüvvələr Türkiyəni və Türk dünyasını tərəf kimi deyil, platsdarm kimi görürlər...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR