Con Kirbi: “ABŞ YPG-ni terror təşkilatı saymır”

Con Kirbi: “ABŞ YPG-ni terror təşkilatı saymır”
# 22 sentyabr 2015 12:32 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Biz YPG-ni terror təşkilatı olaraq görmürük. Onlar Suriyada İŞİD-ə qarşı mübarizədə uğurlarını sübut ediblər. İŞİD-lə mübarizədə uğurlu olan qruplarla birlikdə çalışmağı davam etdirəcəyik. Bundan başqa, onların heç də hamısı kürd deyil”.


APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bu sözləri Ağ Evin sözçüsü Con Kirbi “ABŞ YPG-ni dəstəklədiyi bir vaxtda Türkiyə ilə əməkdaşlığı necə qurur” sualına cavab olaraq bildirib.

Türkiyə hökumətinin PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YPG ilə bağlı narahatlığını anladıqlarını deyən C. Kirbi türkiyəli tərəfdaşları ilə görüşləri davam etdirdiklərini söyləyib: “Türkiyənin İŞİD-lə mübarizədə koalisiyaya göstərdiyi dəstəyi və birbaşa İŞİD-lə apardığı mübarizəni yüksək qiymətləndiririk”.

C. Kirbi Rusiyanın Suriyaya hərbi qüvvə göndərməsindən narahat olduqlarını da vurğulayıb. Onun sözlərinə görə, Rusiya bu addımın İŞİD-lə mübarizə məqsədilə olduğunu desə də, bu fikirlərin nə qədər həqiqəti əks etdirdiyi şübhə doğurur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR