Bakıda ödəmə terminalı oğurlayan şəxslər saxlanılıb

Bakıda ödəmə terminalı oğurlayan şəxslər saxlanılıb
# 09 fevral 2016 09:53 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mağazadan ödəmə terminalı oğurlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayon 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Abid İsrafilova məxsus mağazadan 70 manat və orada quraşdırılmış “Milli Ön” ödəmə terminalını oğurlamış Bakı şəhər sakinləri Firuz Abbasov, Azər Mirzəyev və Mədət Hüseynov tutulublar.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR