Poroşenko: "Savçenkonun dəyişdirilməsi imkanları açıqdır"

Poroşenko: "Savçenkonun dəyişdirilməsi imkanları açıqdır"
# 19 aprel 2016 14:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ukrayna prezidenti Pyotr Poroşenko Ukrayna məhkəməsinin Rusiya xüsusi təyinatlıları Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla bağlı qərarının Nadejda Savçenkonun geri qaytarılması mexanizmi üçün fəaliyyət imkanları açdığını deyib.

APA-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, P. Poroşenko bu açıqlama ilə Kiyevdəki mətbuat konfransında çıxış edib. “Bildiyiniz kimi, məhkəmə Yerofeyev və Aleksandrov adlı iki rusiyalı kəşfiyyatçının işi ilə bağlı qərar qəbul edib və məhkəmənin bu qərarı Savçenkonun geri qaytarılması mexanizmi üçün yeni imkanlar açır", - deyə o, söyləyib.

Qeyd edək ki, daha əvvəl Ali Radasının deputatı Maksim Burbak Ukrayna Ədliyyə Nazirliyinin N. Savçenkonun ölkəyə gətirilməsi ilə bağlı fəaliyyətə başladığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR