Miqrasiya problemi üzrə sammitdə Türkiyəni Əhməd Davudoğlu təmsil edəcək

Miqrasiya problemi üzrə sammitdə Türkiyəni Əhməd Davudoğlu təmsil edəcək
# 23 noyabr 2015 23:49 (UTC +04:00)

Bakı-APA. Brüsseldə baş tutacaq miqrasiya probleminə dair sammitdə Türkiyəni baş nazir Əhməd Davudoğlu təmsil edəcək.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə hökumətindəki mənbələr bildirib.

Məlumata əsasən, noyabrın 23-də Ə. Davudoğlu ilə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk arasında telefon danışığı olub. D.Tusk Türkiyənin baş nazirini tədbirə dəvət edib. Ə. Davudoğlu bildirib ki, Türkiyə Avropa İttifaqı ilə bütün aktual məsələlər üzrə müzakirələrə və əməkdaşlığa hazırdır. Avropa İttifaqı Şurasının prezidenti qeyd edib ki, sammit Türkiyənin Avropa İttifaqına üzv olmasına dair danışıqların sürətləndirilməsinə xidmət edəcək.

Xatırladaq ki, noyabrın 29-da Belçikanın paytaxtı Brüsseldə miqrasiya böhranına dair Avropa İttifaqı -Türkiyə sammiti keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR