"Turanbank" ötən il restrukturizasiya etdiyi kreditlərin həcmini açıqlayıb

"Turanbank" ötən il restrukturizasiya etdiyi kreditlərin həcmini açıqlayıb
# 01 mart 2016 13:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Turanbank” ASC 2015-ci ildə 658,421 min manatlıq krediti restrukturizasiya edib.

APA-Economics”in məlumatına görə, ötən il bank ticarət və xidmət sahəsinə verilən kreditlərdən 140, 839 min manatlıq hissəsini restrukturizasiya edib. “Turanbank” 2015-ci ildə kənd təsərrüfatına verilən kreditlərdən 73,212 min manatlıq hissəsinə yenidən baxıb.

Bank hesabat dövründə daşınmaz əmlakın tikintisi və əldə edilməsi üzrə verdiyi kreditin 70,891 min manatlıq hissəsini də restrukturizasiya etmək məcburiyyətində qalıb. Qeyd edək ki, bank ötən il yalnız özəl sektora daşınmaz əmlakın tikintisi və əldə edilməsi üzrə kreditlər verib.

Bank fiziki şəxslərə verdiyi kreditlərin də şərtlərinə yenidən baxmalı olub. Belə ki, fiziki şəxslərə verilən kreditlərdən 373,479 min manatlıq hissəsi restrukturizasiya edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR