Tonqa sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Tonqa sahillərində 5,7 bal gücündə zəlzələ baş verib
# 01 oktyabr 2016 03:28 (UTC +04:00)

Bakı-APA. Sakit okeanda, Tonqa Krallığı sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Geologiya Xidmətinin məlumatında bildirilir.

Zəlzələnin episentri Ohonua şəhərində 268 km cənubda, ocağı isə 57,6 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR