ETSN: Böyük və Kiçik Qafqazın çaylarında sululuğun artımı gözlənilir

ETSN: Böyük və Kiçik Qafqazın çaylarında sululuğun artımı gözlənilir
# 20 aprel 2016 11:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Son günlər havanın temperaturunun yüksəlməsi və dağlıq ərazilərdə tədricən qarın əriməsi nəticəsində Böyük və Kiçik Qafqazın çaylarında sululuğun artımı gözlənilir”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.

O bildirib ki, xüsusən Quba-Qusar bölgəsindən axan çaylarda sululuğun artımı proqnozlaşdırılır.

Baş hidroloq qeyd edib ki, hazırda respublika ərazisindəki çaylarda gursululuq dövrü davam etməkdədir: “Gursululuq əsasən Böyük və Kiçik Qafqazın çaylarında müşahidə olunur. Xüsusən də Quba-Qusar bölgəsinin ərazisindən axan çaylarda gursululuq çoxdur. Qar ölçmə işlərinin nəticələri də onu göstərir ki, Quba-Qusar dağlıq ərazilərinə düşən qar normadan çox olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR