Siyavuş Novruzov bəzi partiyaları dövlətə xəyanətdə və maliyyə fırıldaqlığında ittiham edib

Siyavuş Novruzov bəzi partiyaları dövlətə xəyanətdə və maliyyə fırıldaqlığında ittiham edib
# 04 mart 2016 14:33 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Yeni Azərbaycan Partiyasının icra katibini müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkədəki bəzi partiyaları dövlətə xəyanətdə və maliyyə fırıldaqlığında ittiham edib.

APA-nın məlumatına görə, S. Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, ötən dəfə "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişiklik edilərkən dövlət büdcəsindən maliyyələşən siyasi partiyaların - o cümlədən onların topladığı ianə və üzvlük haqları, dövlət büdcəsindən maliyyələşməyən siyasi partiyaların ianə və üzvlük haqları haqqında qanuna uyğun olaraq, Mərkəzi Seçki Komissiyasına hesabat verməsi nəzərdə tutulub: "Bu, MSK-nın veb-saytında da yerləşdirilir ki, istər ictimaiyyət, istərsə də o təşkilatların üzvləri nə qədər vəsait toplandığı, nə qədər ödənildiyini, gəlirlərin hara sərf olunduğunu bilsinlər”.

Onun sözlərinə görə, qanun qəbul olunmazdan əvvəl də Yeni Azərbaycan Partiyası ildə bir dəfə bu hesabatı ictimaiyyətə təqdim edib. Partiyanın İdarə Heyəti gəlir və xərcləri mətbuat orqanlarında dərc olunub: “Təəssüf ki, bir sıra özünü müxalifət partiyası adlandıran, lakin müxalifətçilik yox, dövlətə və millətə qarşı müxalifətçilik edən qruplar bu gün maliyyə hesabatı verməkdən boyun qaçırır. Onlara qarşı cərimələr müəyyənləşməlidir”.

Deputat deyib ki, bir sıra partiyalar maliyyə dövriyyələrinin olmadığını göstərmək üçün r bir vərəq ağ kağız göndərir: “ Ancaq qərargahlarında onlarla insan çalışır, özlərinin cangüdənləri var, bahalı maşınlarda gəzirlər və hesabat verməkdən boyun qaçırırlar. Çünki hesabatları şəffaf deyil. Xaricdə bəzi qüvvələr tərəfindən maliyyələşirlər. Qarşılarına qoyulan məqsəd Azərbaycanda ictimai-siyasi asayişi pozmaq, ölkə əleyhinə təbliğat aparmaq, böhtan atmaqdır. Xarici ölkələrdən, hətta erməni lobbisindən maliyyə almaqdan çəkinmirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR