AMEA-nın illik ümumi yığıncağı aprelin 27-də keçiriləcək

AMEA-nın illik ümumi yığıncağı aprelin 27-də keçiriləcək
# 10 fevral 2016 12:30 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı aprelin 27-də keçiriləcək.

APA-nın xəbərinə görə, bunu AMEA Rəyasət Heyətinin bugünkü iclasında Akademiyanın prezidenti, akademik Akif Əlizadə bildirib. AMEA prezidenti qeyd edib ki, yığıncaq üçün ehtiyat gün olaraq aprelin 29-u seçilib.

A.Əlizadə aidiyyəti məsələlərin təmin olunması ilə bağlı müvafiq tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR