Bakının Ziya Bünyadov prospektində baş verən yol qəzası tıxaca səbəb olub

Bakının Ziya Bünyadov prospektində baş verən yol qəzası tıxaca səbəb olub
# 29 sentyabr 2015 09:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakının Ziya Bünyadov prospektində baş verən yol qəzası tıxaca səbəb olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində (Koroğlu metrosu istiqamətində) baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospektindən istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR