ATƏT PA sədrinin müavini: “Azərbaycanla əməkdaşlıqda yeni səhifə açmaq niyyətindəyik"

ATƏT PA sədrinin müavini: “Azərbaycanla əməkdaşlıqda yeni səhifə açmaq niyyətindəyik"
# 25 yanvar 2016 15:42 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının sədr müavinləri Georgi Seretelini və Kent Harstedti qəbul edib.

MM-dən APA-ya verilən məlumata görə, sədr bildirib ki, spiker bildirib ki, Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın işində daim fəal iştirak edir: “Milli Məclisin yeni tərkibi formalaşdıqdan sonra ölkəmizin bu qurumdakı nümayəndə heyətinə yeni üzvlər seçilib. Nümayəndə heyətinə ötən illərdə olduğu kimi, Milli Məclis sədrinin müavini Bahar xanım Muradova başçılıq edir”.

O. Əsədov Milli Məclisə seçkilərdə qurumun nümayəndə heyətinin müşahidəçi qismində iştirak etməməsindən təəssüfləndiyini bildirərək anlaşılmazlıqların aradan qaldırılmasının vacibliyini vurğulayıb. O deyib ki, Azərbaycan tərəfi ATƏT-lə əməkdaşlığı davam etdirmək, ölkə ictimaiyyətində qurumun bəzi təsisatlarına olan inamsızlığı aradan qaldırmaq üçün səylər göstərmək niyyətindədir: “Ancaq bu səylər qarşılıqlı olmalıdır”.

ATƏT PA-nın sədr müavini Georgi Sereteli isə təmsil etdiyi təşkilatın müstəqil Azərbaycanla əməkdaşlıq sahəsində yeni səhifə açmaq niyyətində olduğunu vurğulayıb: “Münasibətlərimizin uzun müddət davam etməsinə baxmayaraq, bəzi xoşagəlməz hallar da olub. Biz qarşıya çıxan sualları dialoq yolu ilə aradan qaldırmaq, Azərbaycanla həyatın bütün sahələrində konstruktiv əməkdaşlıq etmək fikrindəyik”.

Qonaq səfər çərçivəsində keçirdikləri görüşlərdən və aparılan danışıqlardan məmnun qaldıqlarını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR