Avstriya-İtaliya sərhədində miqrantlarla polis arasında toqquşma olub

Avstriya-İtaliya sərhədində miqrantlarla polis arasında toqquşma olub
# 04 aprel 2016 03:04 (UTC +04:00)

Bakı-APA. Avstriya-İtaliya sərhədində yerləşən Brenner aşırımında miqrantlarla polis arasında toqquşma baş verib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 2 polis əməkdaşı xəsarət alıb.

Bildirilir ki, toqquşmaya səbəb miqrantların aqressiv davranışı olub. Etirazçılar Avropa ölkələrinin qapılarının miqrantların üzünə bağlanmasını pisləyiblər.

Xatırladaq ki, aprelin 4-dən rəsmi Ankara ilə Avropa İttifaqı arasında əldə olunan razılığa əsasən qanunsuz olaraq Türkiyədən Yunanıstana keçən miqrantlar geri qaytarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR