Azərbaycanda uşaqlarda nevroloji xəstəliklərinin yaranmasının əsas səbəbi qohum nikahlardır

Azərbaycanda uşaqlarda nevroloji xəstəliklərinin yaranmasının əsas səbəbi qohum nikahlardır
# 14 mart 2016 13:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda uşaqlarda nevroloji, sinir xəstəliklərinin yaranmasının əsas səbəbi qohum nikahlardır. APA-nın xəbərinə görə, Uşaq Bərpa Müalicə Mərkəzinin baş həkimi Cəmilə Talıbova “Azərbaycanda psixonevroloji, sinir xəstəliklərindən əziyyət çəkən uşaqlara dövlət dəstəyinə” həsr olunmuş dəyirmi masada bildirib ki, nikaha daxil olan qohumlar genetik müayinədən keçməlidir. Bu gün ölkədə nikahdan öncə müayinələrin aparıldığını xatırladan baş həkim bu prosesin sağlam nəslin inkişafına şərait yaradacağınıa ümid etdiyini deyib.

Baş həkim qeyd edib ki, xəstəliklərin yaranmasına ananın bətndaxili keçirdiyi infeksion xəstəliklər, doğuş travmaları və digər hallar səbəb olur: “Bakı Uşaq Bərpa Mərkəzinə ötən il 37 740 nəfər uşaq müraciət edib. 2014-cü ildə isə bu say 26 449 olub. Onların arasında nevroloji xəstələrin sayı üstünlük təşkir edir ki, bu, 38%-dir. Bu gün mərkəzə gələn 1 yaşına kimi nevroloji uşaqların sayı 40% artıb. Əgər əvvəl mərkəzə 1 yaşdan sonra müraciət edilirdisə, bu gün hətta bir neçə günlük, 1 aylıq uşaqla bağlı müraciətlər olur”.

Respublikanın baş pediatrı Nəsib Quliyev də deyib ki, Azərbaycanda nevroloji xəstəliklərin artımı əhalinin artımına paralel olaraq gedir. Onun özlərinə görə, bu, daha dəqiq müayinələrin aparılması və problemin vaxtında aşkarlanması ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR