Cəlilabadda maşın dərəyə aşıb, ölən və xəsarət alanlar var

Cəlilabadda maşın dərəyə aşıb, ölən və xəsarət alanlar var
# 15 avqust 2016 09:30 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saatlarında Cəlilabad -Yardımlı şose yolunun rayonun Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabadın Kövüzbulaq kənd sakini Əlifağa Mirzəyevin idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə sürücü də daxil olmaqla daha üç sərnişin - Zaur Ağayev, Xumar və Qətibə Ağayevalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq Qətibə Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Digər xəsarət alanların vəziyyəti isə ağır qiymətləndirilir,

İlkin versiyaya görə qəzaya avtomobilin yüksək sürətlə idarə olunması səbəb olub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR