İnklüziv təhsilin tətbiqi layihəsinin icrasına başlanıb

İnklüziv təhsilin tətbiqi layihəsinin icrasına başlanıb
# 29 avqust 2016 13:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil nazirinin əmri ilə təsdiq edilmiş “İbtidai təhsil pilləsində İnklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihə çərçivəsində Xətai rayonundakı 138 nömrəli tam orta məktəb, Nizami rayonundakı 220 nömrəli məktəb-lisey, Nərimanov rayonundakı 202 nömrəli məktəb-lisey və Sabunçu rayonundakı 252 nömrəli məktəb-lisey pilot təhsil müəssisələri kimi seçilib.

2016-2017-ci tədris ilində qeyd olunan məktəblərin hər birində 2 sinif olmaqla, 16 nəfər əlilliyi olan birinci sinfə cəlb ediləcək: “Pilot məktəblərin pedaqoji heyətindən əlilliyi olan uşaqların təhsilinin inklüziv şəraitdə təşkili üzrə bir sıra bilik və bacarıqlar tələb olunur. Bu məqsədlə 29 avqust–2 sentyabr 2016-cı il tarixlərində 4 pilot inklüziv məktəbin pedaqoji heyəti üçün Təhsil Nazirliyi İnklüziv təhsil üzrə təlim təşkil edir. Təlim Bakı şəhərinin Xətai rayonundakı 138 nömrəli tam orta məktəbdə keçirilir. Təlimdə pilot məktəblərin direktorları, loqoped-defektoloqları, ibtidai təhsil üzrə direktor müavinləri və inklüziv siniflərin sinif müəllimləri iştirak edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR