Kerri: “Suriya üzrə danışıqlar gələn həftə davam edəcək”

Kerri: “Suriya üzrə danışıqlar gələn həftə davam edəcək”
# 23 oktyabr 2015 17:30 (UTC +04:00)

Bakı-APA. Suriya üzrə danışıqlar gələn həftə davam edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri bəyan edib.

“Planlılaşdırılır ki, Suriya üzrə danışıqlar oktyabrın 30-da davam edəcək”, deyə C.Kerri bildirib.

Bu gün Avstriyanın paytaxtı Vyanada ABŞ, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin görüşü keçirilib. Dördtərəfli görüşdə Con Kerri, Sergey Lavrov, Firudin Sinirlioğlu və Ədəl əl-Cubeyr iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR