Nazir Səlim Müslümovun Tərtərdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişib

Nazir Səlim Müslümovun Tərtərdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişib
# 19 sentyabr 2016 15:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Tərtər rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək sentyabrın 23-dən sentyabrın 22-nə keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, S.Müslümov həmin gün saat 10:00-da Tərtər rayonunda Gənclər mərkəzində bu rayonun və Ağdam, Bərdə, Ağcabədi, Laçın rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin [email protected] elektron poçt ünvanı və ya (020) 205-41-19 telefon nömrəsi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətlərin araşdırılaraq cavablandırılması və aidiyyəti üzrə tədbirlərin görülməsi təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR