Rusiya təyyarə ilə Suriyadan Moskvaya 56 Rusiya və MDB ölkələrinin vətəndaşını gətirib

Rusiya təyyarə ilə Suriyadan Moskvaya 56 Rusiya və MDB ölkələrinin vətəndaşını gətirib
# 17 oktyabr 2015 08:27 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə Suriyadan Moskvaya 56 Rusiya və MDB ölkələri vətəndaşını gətirib. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, onlardan 38-i Rusiya, 8-i Belarus, 4-ü Ukrayna, 2-si Suriya və 4-ü vətəndaşlığı olmayan şəxslərdir. Gətirilən şəxslərdən 10-u uşaqdır. Ötən axşam isə Rusiya FHN-ninə məxsus həmin təyyarə Suriyaya 20 ton humanitar yardım aparıb. Rusiya vətəndaşlarının Suriyadan evakuasiyası üzrə operativ qrupun rəhbəri Aleksandr Tomaşev bildirib ki, Bolqarıstan son anda öz hava məkanını açmaqdan imtina etdiyi üçün Rusiya təyyarənin Suriyaya getməsi üçün alternativ reysdən istifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR