Bakı partlayıcı oyuncaqlar satışdan çıxarılıb

Bakı partlayıcı oyuncaqlar satışdan çıxarılıb
# 22 dekabr 2015 10:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı və Abşeronda partlayıcı oyuncaqlar satışdan çıxarılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Binəqədi, Yasamal və Nərimanov rayonları ərazilərində, eləcə də Abşeron rayonunda səyyar ticarətlə məşğul olan Ədil Sadıqlıdan, Şaiq Ağayevdən, Yusif Verdiyevdən, Seymur Ağayevdən, Təbriz Məmmədovdan və İradə Abbasovadan ümumilikdə 5771 ədəd yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR