Bakıda iki minik avtomobili toqquşub, xəsarət alan var - FOTO - VİDEO

Bakıda iki minik avtomobili toqquşub, xəsarət alan var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 04 noyabr 2015 04:39 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA -nın məlumatına görə, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.

Şəhər istiqamətində "VAZ 2115" markalı avtomobili ilə sürətlə hərəkətdə olan Əhliman Əhmədov qəfil idarəetməni itirib. Nəticədə qarşı yola çıxan avtomobil Səxavət Dünyamalıyevə məxsus "Mercedes"ə çırpılıb. Qəza zamanı "VAZ 2115" yarasız hala düşüb, sürücüsü isə bədən müxtəlif xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin sözlərinə görə, "VAZ 2115"-in sürücüsü Əhliman Əhmədov gecə vaxtı yolda avtoxuliqanlıq edib. Qəzanın baş vermə səbəbini müəyyənləşdirmək üçün avtotexniki ekspertiza təyin edilib. Faktla bağlı araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR