Ötən il Azərbaycanda 52 dini icma dövlət qeydiyyatından keçib

Ötən il Azərbaycanda 52 dini icma dövlət qeydiyyatından keçib
# 17 may 2016 09:53 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Dini icmaların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində ötən il 52 dini icma dövlət qeydiyyatından keçib”.

APA-nın xəbərinə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci ildəki hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, onlardan 49-u islam, 3-ü qeyri-islam təmayüllü dini icmadır. “Qeydiyyata alınmış dini icmaların ümumi sayı 644-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini icmalardan 620-i islam, 24-ü qeyri-islam təmayüllüdür. Sonunculardan 15-i xristian, 6-i yəhudi, 2-i bəhai və 1-i krişna şüuru dini icmasıdır” – deyə, hesabatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR