Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 88 dəfə atəş zərbəsi endirib - VİDEO

Azərbaycan Silahlı Qüvvələri düşmən mövqelərinə 88 dəfə atəş zərbəsi endirib - <span style="color: red;">VİDEO
# 04 noyabr 2015 06:14 (UTC +04:00)

Bakı-APA. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 87 dəfə pozub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Kəngərli, Sarıcalı, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 88 dəfə atəş zərbəsi endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR