ABŞ-da neft daşıyan qatar relsdən çıxıb

ABŞ-da neft daşıyan qatar relsdən çıxıb
# 07 noyabr 2015 20:20 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Viskonsin ştatında neft daşıyan yük qatarının 30 vaqonu relsdən çıxıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident ştatın mərkəzində yerləşən Elma şəhərində qeydə alınıb.

Hadisənin başvermə səbəbi barədə hələ ki, məlumat verilmir. Polis qəza ərazisinə yaxın yolları bağlayıb. Yaxınlıqdakı evlərdə yaşayan əhalinin evakuasiya ediləcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR