Dövlət İmtahan Mərkəzi və "British Council" arasında niyyət məktubu imzalanıb

Dövlət İmtahan Mərkəzi və "British Council" arasında niyyət məktubu imzalanıb
# 23 sentyabr 2016 09:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. İngilis dili üzrə bilgi və səriştənin qiymətləndirilməsinə dair birgə layihələr həyata keçirmək üçün "British Council Azərbaycan" və Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlığa dair niyyət məktubu imzalanıb.

"British Council"dan APA-ya verilən xəbərə görə, niyyət məktubunun məqsədi ingilis dili üzrə bilik və səriştənin qiymətləndirilməsinin daha da inkişaf etdirilməsinə dəstək olmaqla, Azərbaycanda təhsil islahatlarının təkmilləşdirilməsində Dövlət İmtahan Mərkəzinə yardım etməkdən ibarətdir.


Məqsədlərdən biri dövlət səviyyəsində imtahan nəticələrinin dillər üzrə Ümumi Avropa İstinad Çərçivəsinə uyğunluğunu müəyyən etmək üçün araşdırma aparmaqdır. Bu çərçivə dil üzrə proqram və tədris qaydalarının qiymətləndirilməsi, tədris və təlim materiallarının hazırlanması və xarici dil biliyinin qiymətləndirilməsi üzə şəffaf, ardıcıl və hərtərəfli bazanı təmin etmək məqsədilə işlənib hazırlanıb.



Sənədi imzalayan Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə və "British Council Azərbaycan"ın ölkə üzrə direktoru Elizabet Vayt niyyət məktubunun 2017-2018-ci illər üzrə daha geniş əməkdaşlığa dair çərçivə müqaviləsinə çevrilməsi ilə bağlı razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR